- Köhnə - Cəmiyyət
- 26 Fevral 2015 11:46
- 9 292
Müşfiq Səfiyev bu gün dəfn olunacaq
“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyev bu gün dəfn olunacaq.
Bunu AzNews.az-a açıqlamasında mərhumun ailə üzvləri bildirib. Yaxınlarının bildirdiyinə görə, Müşfüq Səfiyevin cənazəsi axşamdan Bakıya gətirilib.
Müşfüq Səfiyevin Xirdalan qəbristanlığında dəfn olunacağı deyilir.
Qeyd edək ki, Nurgün" şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti dünən saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkar edilib.
50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.