Hər bir valideyn öz övladı üçün bir çox plan qurur, onlara hər şeyin ən yaxşısını istədiyi üçün həddən çox nəzarət edir. Hər bir valideyn öz övladı üçün bir çox plan qurur, onlara hər şeyin ən yaxşısını istədiyi üçün həddən çox nəzarət edir.

Valideynlər üçün ən yaxşı məsləhətlər – Mütləq oxuyun!

Hər bir valideyn öz övladı üçün bir çox plan qurur, onlara hər şeyin ən yaxşısını istədiyi üçün həddən çox nəzarət edir.


Lakin uşaqları nəyəsə məcbur etmək sonradan fəsadlarla nəticələnir.

AzNews.az uşaqlara qətiyyən tətbiq edilməməli olan bir neçə qaydanı təqdim edir:

1) Övladlarınızı dodaqlarından öpməyin.

2) Ofisiant əmi hirslənər, deyə hər kəsin ona hirslənə biləcəyi fikrini aşılamayın.

3) Qohum olsa belə uşağınızı kiminləsə tualetə yollamayın.

4) Uşaq kiminsə onu öpməsini istəmirsə, məcbur etməyin.

5) Uşağınızla birlikdə çimməyin (körpələr istisnadır).

6) O istəmədiyi müddətcə heç kim onun bədəninə əl dəyə bilməz. Bunu öz övladınıza aşılayın.

7) Yol boş olsa belə uşağınızın yanında qırmızı işıqda yolun qarşı tərəfinə keçməyin.

8) Yol boş olsa belə piyada keçidindən keçin.

9) Litrlərlə kola içib, sonra "kola çox ziyanlıdır" deməyin (onun sizə olan inamını itirə bilərsiniz).

10) Özünüz kitab, jurnal, qəzet oxumursunuzsa, uşağınız oxumur deyə onu incitməyin. Oxumaq alışqanlığı heç kimdə havadan yaranmır.

11) Sən edə bilməzsən deməyin, cəhd et, deyin.

12) Övladınıza dost deyil, ana-ata olun.

13) "Cızzz" deməyin, gözlənilən təhlükənin fəsadlarını başa salın. Özü də uşağın anlayacağı dil ilə, elmi cümlələrə ehtiyac yoxdur.

14) Gözlərinizlə anlaşma alışqanlığı yaradın.

15) Övladınızı bol-bol qucaqlayın (unutmayın ki, ehtiyacı olan sevginin sizdən alarsa, uşaq yadlara daha az meyillənəcək).

16) Alçaltmayın, ittiham etməyin, utandırmayın və əsla kiminləsə müqayisə etməyin.

17) Qorxudaraq deyil, başa salaraq öyrədin.

18) Soruşduğu suala konkret və lazım olan kimi cavab verin. Dastan yazmayın.

19) Uşağınızla əl zarafatları etməyin. Müxtəlif ləqəblər qoymayın. Bu onlara mənfi təsir edə bilər.