- Köhnə - Cəmiyyət
- 2 Mart 2015 12:20
- 4 329
APA-dan bağlanan saytlarla bağlı - Açıqlama
"APA Holding"in fəaliyyətində struktur dəyişikliyi edilib.
Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb.
Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır.
Bundan sonra saytların arxivi saxlanmaqla "lent.az"da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.