Uzun müddətdir təmirə bağlanmasına baxmayaraq “28 May” metrostansiyasının girişi hələ də istifadəyə verilməyib. Uzun müddətdir təmirə bağlanmasına baxmayaraq “28 May” metrostansiyasının girişi hələ də istifadəyə verilməyib.

“28 May” metrosunun girişi niyə açılmır?

Uzun müddətdir təmirə bağlanmasına baxmayaraq “28 May” metrostansiyasının girişi hələ də istifadəyə verilməyib.

Bununla bağlı redaksiyamıza çoxsaylı oxucu müraciəti daxil olduğundan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, stansiyadakı təmir işləri hələ də yekunlaşmayıb:
"Bu baxımdan "28 May" metrosunun girişinin sərişinlərin istifadəsinə veriləcəyi tarix bəlli deyil.".

Nəsimi Paşayev "Elmər Akademiyası" metrosunun yeni girişinin inşasının nə vaxt yekunlaşacağı haqda da açıqlama verib:
"Elmər Akademiyası" metrostansiyasının Bakı Dövlət Universiteti tərəfə olan çıxışının inşası bu il ərzində yekunlaşacaq. Stansiyanı 2015-ci ilin axırlarında sərnişinlərin istifadəsinə verməyi planlaşdırırıq".

Nigar
AzNews.az