Gömrük işçisinin güllələnməsi ilə bağlı- Rəsmi açıqlama

Bakı Baş Gömrük İdarəsi bir neçə gün öncə baş verən quldurluq olayına aydınlıq gətirib.


İdarədən "Qafqazinfo"ya hadisəni təsdiqləyərək bildirilib ki, bir nəfərin güllələnməsi və 102 min manatın aparılması ilə nəticələnən hadisə Bakı Baş Gömrük İdarəsinin binasında deyil, inzibati binada baş verib: "Sözügedən hadisə Baş İdarənin yaxınlığında yerləşən digər inzibati binada olub".

Qeyd edək ki, fevralın 28-i saat 22 radələrində naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən Gömrük Komitəsinin inzibati ofisinə basqın edib.

O, gömrük işçisi Bakı şəhər sakini 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır.