Azərbaycanda tikilən ən böyük sıxılmış qaz stansiyası (SNG) apreldə istifadəyə veriləcək. Azərbaycanda tikilən ən böyük sıxılmış qaz stansiyası (SNG) apreldə istifadəyə veriləcək.

Azərbaycanda tikilən ən böyük SNG stansiyası apreldə istifadəyə veriləcək

Azərbaycanda tikilən ən böyük sıxılmış qaz stansiyası (SNG) apreldə istifadəyə veriləcək.



"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Bildiyiniz kimi, Bakıda böyük SNG tikilir. Yəqin ki, aprel ayında onu işə salacağıq. Bir neçə stansiyanın tikintisi "SOCAR-Petroleum" və tərəfdaşları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, nəzərdə tutduğumuz müddətdə Bakıda və ətraf ərazilərdə SNG stansiyaları və SNG ilə çalışan motorlara qulluq edən texniki bazalar tikilib hazırlanacaq. Biz qaz ölkəsi olaraq, yanacağın müəyyən hissəsinin qaza keçirilməsi işlərini görürük. Dünyada bu çox yayılıb. Məsələn, Avropada elə ölkələr var ki, orada istismar olunan avtomobillərdə 60-70%-i bu tip yanacaqdan istifadə edilir. Bu, həm də ekoloji baxımdan vacibdir", - deyə R. Abdullayev bildirib.

O qeyd edib ki, SOCAR Gürcüstanda 14 SNG stansiyası tikib.

"Bu, bizim üçün çox yaxşı təcrübə oldu. Azərbaycanda da bunu inkişaf etdiririk. Çalışacağıq ki, yaxın gələcəkdə Azərbaycanın istənilən bölgəsində avtomobillər SNG ilə işləyə bilsinlər", - deyə R. Abdullayev bildirib.