Azərbaycan Dövlət Musiqili Teatrı solist-vokalist Elvin Əliyevin istefa ərizəsinə münasibət bildirib. Azərbaycan Dövlət Musiqili Teatrı solist-vokalist Elvin Əliyevin istefa ərizəsinə münasibət bildirib.

Musiqili Teatrdan aktyorun istefasına - REAKSİYA

Azərbaycan Dövlət Musiqili Teatrı solist-vokalist Elvin Əliyevin istefa ərizəsinə münasibət bildirib.



Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a deyib ki, Elvin Əliyevin icazə istədiyi tarix Musiqili Teatrın kollektivinin dövlət tədbirlərinə hazırlıq ərəfəsinə düşüb: "Həmin vaxt "Muğam aləmi" Beynəlxalq Musiqi Festivalı keçirilir. İkincisi, Novruz şənliklərinə hazırlıq prosesi gedir. Hər ikisi dövlət tədbiridir. Elvin Əliyev də həmin müddətdə icazə istədiyinə görə, ona hansısa kommersiya layihəsində iştirak etmək üçün ücazə verilməyib. O da bu səbəbdən ərizə yazıb işdən çıxıb. Teatr düşünür ki, o, kollektivlə bir yerdə öz öhdəsinə düşən tədbirdə iştirak etməlidir".

Qeyd edək ki, Musiqili Teatrın aktyoru Elvin Əliyev öz ərizəsi ilə istefa verib. İstefasına səbəb kimi isə onun Türkiyədə keçirilən tədbirdə iştirak etməsi üçün Musiqili Teatr rəhbərinin şərait yaratmaması göstərilir.

Bahar RÜSTƏMLİ
AzNews.az