Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədi ilə intensiv nəzarət tədbirləri davam etdirilir. Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədi ilə intensiv nəzarət tədbirləri davam etdirilir.

İcra başçısı marketlərdə qiymətlərlə maraqlandı - FOTOLAR

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədi ilə intensiv nəzarət tədbirləri davam etdirilir.



AzNews.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşıdan gələn Novruz bayramı ərəfəsində istehlak bazarındakı qiymətlərlə yerində tanış olmaq üçün 8-9 mart tarixlərində məcburi köçkünlər üçün salınmış Qayıdış və Zobucuq qəsəbələrində, Alıxanlı və Əhmədbəyli kəndlərində olub, ərzaq məhsullarının qiyməti ilə maraqlanıb.

İcra başçısı sözügedən qəsəbə və kəndlərdəki bazarlara, topdan və pərakəndə satış mağazalarına baş çəkərək alıcı və satıcılarla söhbət edib, süni qiymət artımının qarşısını almaq barədə ölkə başçısının tapşırıq və tövsiyyələrindən bəhs edib.

Qeyd edək ki, süni qiymət artımına qarşı rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın üzvləri də mütəmadi olaraq ərazidəki bazarlarda, topdan və pərakəndə satış mağazalarında monitorinqlər keçirərək bu sahəyə gündəlik nəzarət edirlər.

Keçirilən monitorinqlərin və aparılan maarifləndirmə işlərinin nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda çörək və ərzaq səbətinə daxil olan məhsullarda qiymət artımına yol verilməyib.

image description image description image description image description image description image description