Bu gün metronun “Elmlər Akademiyası” stansiyasındakı eskalatorlardan biri saat 08:20 radələrində yenidən dayanıb. Bu gün metronun “Elmlər Akademiyası” stansiyasındakı eskalatorlardan biri saat 08:20 radələrində yenidən dayanıb.

Yeni təmir olunmuş eskalator niyə xarab olur? – Rəsmi açıqlama

Bu gün metronun “Elmlər Akademiyası” stansiyasındakı eskalatorlardan biri saat 08:20 radələrində yenidən dayanıb.

Sözügedən stansiyada eyni eskalatorun dayanması halı artıq adiləşib.

Bunun səbəbini öyrənmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzNews.az-a açıqlamasında eskalatorun dayanmasının müxtəlif səbəblərinin olduğunu deyib.

Onun sözlərinə görə, səhər saatlarında insanların çox olması səbəbindən eskalator həddən artıq yüklənir. Yüklənmə də eskalatorun rezininin çıxması ilə nəticələnir.

"Yüklənməyə görə rezin çıxır və eskalatorun hərəkəti dayanır. Bu, elə də ciddi problem deyil. Belə hallarla qarşılaşanda bir neçə dəqiqə ərzində problemi aradan qaldırırıq. Bundan əlavə insanlar eskalatorla düzgün rəftar etmirlər. Eskalatorda "təcili dayanma" düyməsi var. Elə olur ki, kimsə həmin düyməni sıxır və eskalatorun hərəkətinə maneçilik törədir. Ümumiyyətlə isə, çalışırıq ki, yeni avadanlıqlar almaqla belə problemlərin yaranmasının qarşısını alaq".

Qeyd edək ki, "Elmlər Akademiyası" metro stansiyasında hər dəfə xarab olaraq sərnişinləri təşvişə salan eskalator ötən il təmir olunub və sərnişinlərin istifadəsinə verilib.