Tələbələr üçün xüsusi təlimə start verildi - FOTOLAR

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) maliyyə üzrə seminarlara start verib.



AzNews.az xəbər verir ki, təlimlərdən başqa, memorandum çərçivəsində bu günlərdə ADİU-nun 30 tələbəsi QKDK-də istehsalat təcrübəsinə başlayacaq. Həmçinin ADİU-nun qiymətli kağızlar bazarı üzrə tədris proqramlarının təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması üzərində Dövlət Komitəsinin ekspertləri ilə birgə iş aparılır.

Kapital Bazarı üzrə Təlim Mərkəzinin direktoru Cəmilə Məmmədova seminarların məqsədindən danışıb. Bildirib ki, burada tələbələr maliyyə bazarları haqqında təməl bilikləri əldə edəcəklər. Növbəti mərhələdə isə elçilərin (Kapital bazarının bələdçiləri) seçilməsinə başlanılacaq. Elçilər yüksək nəticə göstərən tələbələr arasında seçiləcək və onlara öyrəndiklərini tətbiq etmək imkanı yaradılacaq. Sonuncu mərhələdə isə yüksək nəticə göstərən tələbələrə QKDK-nın funksional şöbələrində, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasında, broker şirkətlərində iş təcrübəsinə cəlb ediləcəklər. Proqramı uğurla başa vuran tələbələr əmək bazarında əvəzolunmaz kadrlar hesab olunacaq.

Qeyd edək ki, ADİU ilə QKDK arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb. Sənədin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir.
image description image description image description