Tanınmış jurnalistin ailəsinə təcili kömək edək


ANS televiziyasının xəbərlər departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova ağır xəstədir. AzNews.az-a daxil olan məlumata görə, iki uşaq anası olan G.Məmmədova müalicə məqsədilə Türkiyəyə aparılıb və onun müalicəsi üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır.

Jurnalistin xanımının müalicəsini təşkil etmək üçün
Murad Hüseynovun yaxın dostu, jurnalist Kənan Quluzadənin rəhbərliyi altında yardım kampaniyasına start verilib.

Kampaniyaya dəstək vermək istəyənlər 050 327 03 96 (Kənan Quluzadə) və 055 750 55 52 (Ayaz Nizamioğlu) nömrələri ilə əlaqə saxlaya bilərlər.
Allah şəfa versin!

Elnarə Əlosmanqızı
AzNews.az