ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçi ötən gün M.F.Axundzadə adına Milli Kitabxanadan qovulub. ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçi ötən gün M.F.Axundzadə adına Milli Kitabxanadan qovulub.

“Yazıçıya bundan böyük zərbə olmaz” – Kitabxanadan qovulan H.Herisçi

ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçi ötən gün M.F.Axundzadə adına Milli Kitabxanadan qovulub.



Növbəti verilişinə lazım olan materiallarla əlaqədar kitabxanaya gedən H.Herisçi orada kitabxananın əməkdaşı tərəfindən təhqir olunub: "Direktorumuz dedi, sənə kitab verməyim, sən yaxşı adam deyilsən, televizorda klassiklərimizi təhqir edirsən...".

H.Herisçi bu olayla bağlı fikirlərini AzNews.az-la bölüşüb.

Yazıçının sözlərinə görə, onun kitabxanadan qovulması birinci hal deyil: "Mən heç kəsi təhqir etməmişəm. Görünür, kitabxananın direktoru bizim verilişlərə baxmayıb. O, baxsaydı, mənə qarşı belə fikir irəli sürməzdi. Verilişə baxmırlar, məni də yandıran budur. Sən demə, diskussiya böyük bir cinayətdir. Heç kəsdən qorxmuram, bundan sonra da həmin kitabxanaya gedəcəm. Mənim üçün ən böyük təhqir kitabxanadan qovulmaqdır. Məni bir neçə dəfə kitabxanadan qovublar, amma axırıncısına dözmədim. Bu, mənim üçün ən böyük cəzadır. Yazıçıya bundan böyük zərbə olmaz".

H.Herisçi ona qarşı yad münasibətin olduğundan da gileylənib: "Mənim atam da siyası mühacir idi. Həmişə belə hadisələrlə rastlaşırdı. Görünür, bizdə hələ Bütöv Azərbaycan anlayışı oturuşmayıb. Həmişə soyadıma nifrət ediblər. Mən ömrüm boyu Arazın bu tayında özümə qarşı yad münasibət hiss etmişəm".


Bahar RÜSTƏMLİ
AzNews.az