“Xaricdən qrant alan insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?” “Xaricdən qrant alan insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?”

YAP-dan mitinqlə bağlı- İlk açıqlama

“Xaricdən qrant alan insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?”



Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın martın 15-də keçirilən mitinqinə münasibət bildirərkən deyib.

S. Novruzov mitinqi şou adlandırıb: "Milli Şura mahiyyətsiz, mənasız bir qurumdur. Bugünkü mitinq də bir şou, Əli Kərimlinin konsert proqramı idi. Milli Şurada olanlar korrupsiya ilə məşğuldur. Ümumiyyətlə, xaricdən qrant alan, ölkənin əleyhinə iş aparan bu insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?"