Qaradağda Novruz bayramı münasibəti ilə satış yarmarkası təşkil olunub. Qaradağda Novruz bayramı münasibəti ilə satış yarmarkası təşkil olunub.

Qaradağda Novruz yarmarkası - FOTOLAR

Qaradağda Novruz bayramı münasibəti ilə satış yarmarkası təşkil olunub.



AzNews.az xəbər verir ki, kənd təsərrüfatı yarmarkası Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.

Yarmarkanın keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının almaqdır.Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin müxtəlif növ və bol çeşiddə çərəzlər satışa çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb.