Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc jurnalistlərin peşəkarlığının artılması məqsədilə Qış Məktəbi” başa çatıb. Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc jurnalistlərin peşəkarlığının artılması məqsədilə Qış Məktəbi” başa çatıb.

Baş redaktorlar gənc jurnalistlərə təlim keçdi – FOTO

Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc jurnalistlərin peşəkarlığının artılması məqsədilə Qış Məktəbi” başa çatıb.



Martın 14 və 15-i Quba rayonunundakı "Cənnət Bağı" istirahət mərkəzində baş tutan təlimdə Prezident yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvləri - Yadigar Məmmədli Azər Həsrət, BayMedia İnternet Portalının rəhbəri Elçin Mirzəbəyli, Jurnalist Araşdırmaları mərkəzinin sədri Seymur Verdizadə, "Aznews" saytının baş redaktoru Elçin Zahiroğlu, RTV-nin icraçı direktoru Məhsim Məhsimov və şair-jurnalist Ramiz Qusarçaylı ekspert qismində iştirak ediblər.

Ekspertlər "Azərbaycan internet mediasının mövcud durumu: problemlər və prespektivlər,internet medianın sosial şəbəkələrdə rolu", "İlkin mənbədən informasiya əldə etmək imkanları, İnternet portalları və yazılı mətbuat: əməkdaşlığın mümkün yolları", "Ənənəvi media və yeni media münasibətləri necə tənzimlənir- İnternet mediada etik qaydalara əməl edilməsi""Medianın həssas davrandığı mövzular: dövlət sirri haqqinda Qanuna necə əməl edirik?" mövzusunda panellər keçiriblər və gənclərlə interaktiv müzakirələr aparıblar. Ekspertlər tərəfindən gənclərə müxtəlif mövzularda xəbər yazılması qaydaları , praktiki biliklər və vərdişlər barədə ətraflı məlumatlar veriblər.

Təlimin sonunda təşkilatçı, Azəri Gənclər Alyansı İB-nin sədri L. Məmmədli Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna layihəyə maliyyə dəstəyi göstərdiyinə, gənclərə isə göstərdikləri fəallığa və marağa görə dərin təşəkkürünü bildirib, onları gələcək digər layihələrdə də fəal iştirak etməyə dəvət edib. Sonra 40 nəfər iştirakçıya qış məktəbini uğurla başa vurduqları üçün sertifikatlar təqdim edilib.



Azər
AzNews.az



image description image description image description image description image description image description image description image description image description