Bakıda daha bir yol bağlanır

Bu gün Bakının bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.



AzNews.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Ağa Nemətulla küçəsindən istifadə etmələri tövsiyə olunur.