Nərimanov rəhbərliyi hərbi hissədə - FOTOLAR

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi Novruz bayramı münasibətilə Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində olib və şəxsi heyətlə görüşüb.



Rayon rəhbərliyinin, Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini Vidadi Əliyevin və sözügedən hərbi hissənin şəxsi heyətinin qatıldığı tədbirdə çıxış edərək onları bu gözəl bayram münasibətilə təbrik edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Silahlı Qüvvələrimizin formalaşmasında mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladaraq, onun ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini vurğulayıb. Ş.İbadov həmçinin onun şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini xüsusilə qeyd edib.

Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Ş.İbadov onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini bildirib.

O, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq ordumuzun qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə və mənfur düşməni hər an məhv etməyə qadir olduğunu diqqətə çatdırıb.

Sonra əsgərlərə bayram sovqatı paylanıb və onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulanıb.

Tədbirdə xidmətdə fərqlənən əsgər, gizir və zabitlər Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.

Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərimizdə xoş ovqat yaradıb.
image description image description image description image description image description image description