“Ölkə başçısı mütəmadi olaraq xalq qarşısında hesabat verir”. “Ölkə başçısı mütəmadi olaraq xalq qarşısında hesabat verir”.

“Gəlin hesabatı qəbul edək, Fazil müəllim də gedib papaq atsın”

“Ölkə başçısı mütəmadi olaraq xalq qarşısında hesabat verir”.



AzNews.az xəbər verir ki, bunu Yeni Azərbaycan partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, ötən il Azərbaycan üçün çox uğurlu il olub: "Bəzən çıxışlar olur. Deyim ki, biz büdcəni müzakirə etmirik. İnşallah seçkilər yekunlaşar və seçilənlər, 2015-ci ilin büdcə müzakirəsində fikirlərini deyərlər. Bu gün isə bayramdır, belə bir gündə tənqidə də ehtiyac qalmır".

O həmçinin, Baş nazir Artur Rasi-zadəni prezident tərəfindən ordenlə təltif edilməsi münasibətilə təbrik edib və deyib ki, "Gəlin hesabatı qəbul edək və Fazil müəllim də gedib papaq atsın".

Spiker Oqtay Əsədov isə belə cavab verib: "Dediniz ki, ola bilər kimsə növbəti seçkidə deputat seçilməsin. Kiminsə ürəyində söz qalar, mən günah sahibi olaram. İcazə verin müzakirəmizi davam etdirək".