“Həmrəy” İctimai Birliyinin “Təmiz ekologiya - Sağlam həyat” adı altında cənub bölgəsində reallaşdırdığı təlim-seminarlar yekunlaşıb. “Həmrəy” İctimai Birliyinin “Təmiz ekologiya - Sağlam həyat” adı altında cənub bölgəsində reallaşdırdığı təlim-seminarlar yekunlaşıb.

500 gənc “Həmrəy” oldu

“Həmrəy” İctimai Birliyinin “Təmiz ekologiya - Sağlam həyat” adı altında cənub bölgəsində reallaşdırdığı təlim-seminarlar yekunlaşıb.



Layihənin rəhbəri Yəhya Babanlı çıxış edərək ekoloji təhlükəsizlikdən danışıb.

"Qloballaşan dünyanın ən böyük problemlərindən biri olan ekoloji təhlükəsizlik ölkəmiz üçün də proritet məsələdir. Bu amil insan həyatının sağlamlığı üçün vacib şərtdir. Məhz 500-dən çox gəncin iştirak etdiyi tədbirlərdə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrinin artırılmasına, ekoloji maarifləndirilməsinə və onlarda ekoloji mədəniyyətin formalaşdırılmasına diqqət yetirilir",- deyə Yəhya Babanlı bildirib.

Y. Babanlı qeyd edib ki, çoxmillətli və çoxkonfensiyalı dövlətimizin bəşəriyyət üçün, sivilizasiyalar arası dialoq üçün örnək olan tolerantlıq və mumlikulturalizm ənənələri dünya dövlətləri üçün bir nümunədir.

Təlimçi-ekspert, ekoloq Afiq Məlikov "Təlim-Seminar"larda Ekoloji maarifləndirmənin əhəmiyyətinin nədən ibarət olduğu, Ekoloji maarifləndirməyə nəzəri və praktiki yanaşma, ekoloji maarifləndirmənin sağlam həyat üçün faydalılığı və təmiz ekologiyanın cəmiyyətin sağlam inkişafı üçün təsiri barədə məlumat verib.

Sonda, iştirakçılara sertifikatlar verilib.
image description image description image description