Rektorun qızını döyən gənclərin atası ilə bağlı yeni faktlar - 13 il həbs

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən gənclərin atası Muxtar Məmmədov barədə yeni təfərrüatlar bəlli olub.



AzNews.az Avropa.info-ya istinadən xəbər verir ki, 67 yaşlı Muxtar Məmmədov 13 il həbsdə olub.

Onun sovet dövründə həbs olunduğu və 1988-ci ildə həbsdən azad olunduğu bildirilir. Hazırda Rusiyada biznesi olan M.Məmmədovun əslən Balakən rayonundandır. M.Məmmədoun vaxtilə sui-qəsd nəticəsində öldürüldüyü Milli Məclisin deputatı olmuş Əli Ansuxski ilə qohumluğu da bildirilir.


Həmçinin onun baş nazirin keçmiş müavini Abbas Abbasovla da yaxın olduğu qeyd edilir. O da qeyd edilir ki, M.Məmmədov həbsdən çıxdıqdan sonra biznes fəaliyyəti ilə məşğul olub.

Xatırladaq ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Ülkər İsayevanı döyənlər onun tanışları olub.