Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin 2-ci inzibati binasının açılışını həyata keçiriblər. Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin 2-ci inzibati binasının açılışını həyata keçiriblər.

Zakir Həsənov yeni inşa edilən obyektlərdə oldu – VİDEO

Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin 2-ci inzibati binasının açılışını həyata keçiriblər.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlakla, ərzaqla, təzə tərəvəzlə və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən davam etdirilir.

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev naziri qarşılayaraq ona məruzə edib.

Sonra Mərkəzi Əşya Bazasının inzibati və texniki ərazilərindəki tikililər və prespektiv planlar haqqında Müdafiə nazirliyinin rəhbərliyinə qısa məlumat verilib.

Müdafiə naziri yeni tikilmiş 3000 nəfərlik hamam-camaşırxana kombinatının açılışını edərək onun fəaliyyəti ilə tanış olub, orada çalışan qulluqçularla görüşüb və tövsiyələrini çatdırıb.

2015-ci ildə şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxış keçirən Müdafiə naziri hərbi qulluqçuların daha keyfiyyətli geyimlə təmin olunmaları üçün qısa müddətdə görüləcək işlərlə bağlı tapşıraqlarını verib.
Texniki ərazidə inşa olunmuş 36 vaqon tutumlu, 1440 kvadrat metrlik saxlancın açılışı həyata keçirildikdən və əmlakın saxlanması qaydaları ilə tanışlıqdan sonra bazanın ərazisində texnikaların yeni üsulla boyanması işinə baxılıb.

Mərkəzi Ərzaq Anbarına gələn Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.

Sonra yeni inşa olunmuş quru ərzaq məsullarının saxlanılması üçün 1000 tonluq, tərəvəz məsullarının saxlanılması üçün 1000 tonluq, tez xarab olan ərzaqların, ət və balıq məsullarının saxlanılması üçün 1000 tonluq soyuducu saxlanclarının və laboratoriya binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məsulları təminatı gücləndirmək məqsədilə birbaşa şəxsi heyətin qidalanmasına verilir. Gələcəkdə bu işə diqqət daha da artırılacaqdır.

Sonra Müdafiə nazirliyinin rəhbərliyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni tikilən 2-ci inzibati binasının açılışında iştirak edib.

Qısa müddət ərzində avadanlıqlarla tam təchiz olunmuş binada sinif otaqları, interaktiv tir zalı, geniş idman kompleksi və kitabxana inşa edilib. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb. Binada yerləşən İdarə, xidmət, şöbə və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olunub, şəxsi heyətin iş yerlərindəki şərait öyrənilib.

Sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi-Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib.

Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description