- Köhnə - Cəmiyyət
- 18 Mart 2015 17:31
- 4 592
Azyaşlı məhkumlar şəhər gəzintisində - FOTOLAR
Azyaşlı məhkumlar növbəti şəhər gəzintisinə çıxarılıblar.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən AzNews.az-a verilən məlumata görə, tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların Novruz bayramı ərəfəsində müəssisənin hüdudlarından kənar gəzintisi təşkil olunub.
Yeniyetmələr – Məhərrəmov Yasin, Məmmədov Fazil və Qurbanlı Zamin gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Məhkumlar Milli Parkda gəziblər və filmə tamaşa ediblər.