Novruz bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında tədbir keçirilib. Novruz bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında tədbir keçirilib.

Gömrük Akademiyasında Novruz bayramı münasibətilə tədbir keçirildi -FOTO

Novruz bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında tədbir keçirilib.



Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirdə akademiyanın tələbə və müəllim heyəti ilə yanaşı, DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Komitənin digər rəsmi şəxsləri iştirak ediblər.

Tələbələrin təşəbbüsilə hazırlanan bayram şənliyinin əvvəlində Novruzun yaranması, xüsusiyyətləri, Novruz adətləri haqqında məlumat verilib. Daha sonra bayramın əsas atributlarından biri olan tonqal qalanıb. Bayram tədbiri tələbələrin hazırladığı kosa və keçəl, xanbəzəmə milli oyunları, mahnılar və rəqslərlə davam edib. Tələbələrin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin gedişində bu bayramın qorunub saxlanmasında, Novruz adətlərinin yenidən öyrənilib təbliğ edilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, onun hər il bu bayramı xalqın arasında qeyd etməsi, sıravi insanlarla bayramlaşması Novruz bayramına verdiyi önəmin bariz nümunəsidir.

Bayram şənliyində o da qeyd olunub ki, milli adət-ənənələrə sadiqliyin davamçısı kimi Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində atıq Novruz bayramı sadəcə ölkə miqyasında deyil, beynəlxalq arenada da qeyd edilir. Dövlət başçısının milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği istiqamətində apardığı yorulmaz və məqsədyönlü siyasətin nəticəsi olaraq artıq Birləşmiş Millətlər Təşkilatı 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın milli adətlərimizin, musiqimizin və incəsənətimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti də xüsusilə vurğulanıb.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Komitə rəhbərliyi adından Akademiyanın kollektivini Novruz bayramı münasibətilə təbrik edib. Tələbələrin təşəbbüsünü alqışlayan sədr müavini milli bayramlarımızın təntənə ilə qeyd edilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsindən xəbər verdiyini diqqətə çatdırıb.

Tədbir Novruz tonqalı ətrafındakı "Yallı" rəqsilə başa çatıb.