Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Zakir Həsənov Hərbi Hospitalda - FOTOLAR

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıq olub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Z.Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib.

Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
image description image description image description image description image description image description image description image description image description image description image description