“Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanın qətlində ittiham olunaraq ömürlük həbs cəzası alan Vüqar Əliyev may ayında əfv edilə bilər”. “Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanın qətlində ittiham olunaraq ömürlük həbs cəzası alan Vüqar Əliyev may ayında əfv edilə bilər”.

Lamiyənin keçmiş nişanlısı may ayında əfv ediləcək – Vəkildən açıqlama

“Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanın qətlində ittiham olunaraq ömürlük həbs cəzası alan Vüqar Əliyev may ayında əfv edilə bilər”.

AzNews.az xəbər verir ki, bu sözləri məhkum Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib.



Onun sözlərinə görə, Respublika günü münasibətilə may ayının sonlarında imzalanacaq əfv fərmanına Vüqar Əliyevin də adı salınacaq:
"Mən bu əfv fərmanından sonra həbsxanada Vüqar Əliyevlə görüşdüm. O da çox ümidlidir ki, prezident onun müraciətini mütləq nəzərə alacaq və növbəti əfv siyahısında onun da adı olacaq. Vüqar xüsusi vurğuladı ki, Aslan Aslanovun onlara etdiyi zülmlərin ictimailəşməsi və qınağa çəkilməsi sonradan məhkum Lamiyə Quliyevanın da azadlığa buraxılması ilə nəticələndi".

Azərbaycan mediasında bir neçə gün öncə prezident İlham Əliyevin imzalayacağı yeni əfv fərmanına görə Vüqar Əliyevin də azadlığa buraxılacağı haqda informasiya yayılmışdı, ancaq sonradan bu xəbər öz təsdiqini tapmadı.

Qeyd edək ki, Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan 2003-cü ilin may ayında qətlə yetirilib. Qətldə şübhəli bilinən Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilmişdi. 2010-cu ildə isə Lamiyə Quliyevanın cəzası həbsxana qaydalarını pozma (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) ittihamı ilə 5 il 6 ay artırılıb. Ancaq Lamiyə Quliyevanın həbsxanada ana olması ölkədə böyük qalmaqala səbəb oldu.

Bu il fevral ayının 20-də isə Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun verdiyi protestə baxaraq onu azadlığa buraxdı.