- Köhnə - Cəmiyyət
- 22 Mart 2015 14:09
- 5 398
Sabaha hava proqnozu
Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.
Azərbaycan rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.