Bir saat az yatacağıq – Saatlar irəli çəkilir

Azərbaycan bu gecə yay vaxtına keçir.



Bu barədə məlumat AzNews.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilib.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2015-ci ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 29-da saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, 1997-ci idən etibarən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Nigar