“Azərenerji” ASC-nin səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsi Abşeron sakinləri üçün əməlli-başlı problemə çevrilib. “Azərenerji” ASC-nin səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsi Abşeron sakinləri üçün əməlli-başlı problemə çevrilib.

İki qurumun təhvil-təslim davası: sakinlər sayğacsız qalıb

“Azərenerji” ASC-nin səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsi Abşeron sakinləri üçün əməlli-başlı problemə çevrilib.



Arqument.az-ın məlumatına görə, iki qurum arasında təhvil-təslim prosesi getdiyindən sakinlər sayğacla təmin olunmayıb, xidmət müvəqqəti dayandırılıb.

Abşeron rayon sakini Murtuz Adıgözəlov əməkdaşımıza bildirib ki, hazırda heç bir evə sayğac qoyulmur: "Cənab Prezidentin sərəncamı ilə "Azərenerji"nin səlahiyyətləri "Azərişıq"a verildi. Təhvil-təslim iki ay davam etməlidir. Bu müddət ərzində biz sayğacsız qalmışıq, sənədləşmə də aparılmır. Heç bir qurum bunu öz öhdəsinə götürmür. İdarəyə getdikdə isə "gözləyin" deyirlər".

Məlumata görə, təkcə Abşeron rayonu ərazisində 400-dən çox abonent var ki, sənədləri hazır olsa da, sayğacla təmin olunmayıb.

Məsələ ilə əlaqədar "Azərişıq" ASC-nin mətbuat xidmətini rəhbəri Tanrıverdi Mustafayev problemin, təhvil-təslim işlərinin yaxın vaxtlarda yekunlaşacağını bildirib.