Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti gözlənilir. Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti gözlənilir.

Aprelin ilk günü hava mülayim olacaq

Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti gözlənilir.

Sabah gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, aprelin 1-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman çiskin, şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacaq.