“Azərbaycanda heç bir biznesim yoxdur” – Telman İsmayılov

“Mənim Azərbaycanda heç bir bizmesim yoxdur”.



AZNEWS.AZ xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı, hazırda Türkiyədə yaşayan Telman İsmayılov haqqın.az saytına müsahibəsində deyib.

O, bir vaxtlar Şüvəlan qəsəbəsində Fransanın Kann şəhərinin prototipini yaratmaq istədiyini də gizlətməyib: "Təəssüf ki, bir çox səbəblərdən onu reallaşdırmaq mümkün olmadı, ancaq yenə də Azərbaycana sərmayə qoymaq istəyirəm. Azərbaycan hakimiyyətilə də heç bir problemim yoxdur. Ölkə başçısı İlham Əliyevi uzun müddətdir ki, tanıyıram və ona böyük hörmətim var. O, Azərbaycanın layiqli lideridir və atasının yolunu uğurla davam etdirir".

AST Telman müsahibəsində Azərbaycanda çoxlu dostları olduğunu da bildirib: "Elə mənim ailəm də azərbaycanlı ailələrdən fərqlənmir. Biz bu xalqın bütün adət-ənənələrini qoruyub saxlayırıq. Elə bir neçə ay bundan öncə Bakıya getmişdim".