Sabaha hava necə olacaq? - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 2-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində yağış yağacaq, gündüz tədricən kəsiləcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Rayonlarda sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə saxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.