Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

Bu gün Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür.

AzNews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1993-cü ildə 3 may tarixini jurnalistlərin beynəlxalq peşə bayramı kimi elan edib.

Hər il bu bayram günü keçirilən tədbirlər müəyyən bir mövzuya həsr olunur.

1991-ci ilin bu günündə Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul ediblər.

Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü Azərbaycanda da hər il qeyd olunur.

Bu gün münasibəti ilə dəyirmi masalar, konfranslar təşkil olunur, söz və mətbuat azadlığı sahəsindəki durum nəzərdən keçirilir, görülən və görülməsi nəzərdə tutulan işlərdən danışılır, problemlərin aradan qaldırılması yolları müəyyənləşdirilir.