Təbiət ərazilərindən istifadə qiymətləri - Dəyişdirildi

Baş nazir Artur Rasizadə “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərar verib.


AzNews.az xəbər verir ki, Nazirlər Kabinetindən lent.az-a verilən məlumata görə, qərara əsasən, bu ərazi və obyektlərdə 1 gün ərzində istifadə edilən buz baltası üçün ödəniş məbləği 10 manat, gəzinti çubuqları üçün 3 manat, qayaya dırmanmaq üçün sığorta sistemi üçün 8 manat, qaya çəkici üçün 5 manat, dəbilqə üçün 2 manat, xüsusi eynək üçün 2 manat, kəndir üçün 3 manat, qıfılbənd (karabin) üçün 1 manat,

buz caynağı (krampon) üçün 6 manat, dizlik üçün 2 manat, yataq kisəsi üçün 8 manat, çadır üçün 10 manat, sukeçirməyən gödəkcə üçün 5 manat, xüsusi yürüş ayaqqabısı üçün 5 manat, günlüyü olan papaq üçün 2 manat, papaq üçün 1 manat, bel çantası üçün 3 manat, fotoaparat üçün 5 manat, videokamera üçün 10 manat, GPS üçün 10 manat, kompas üçün 1 manat, binokl üçün 5 manat, durbin üçün 10 manat, qumquma (suqabı) üçün 1 manat, primus üçün 3 manat, alın fənəri üçün 1 manat, termos üçün 3 manat müəyyən edilib.