Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi yerli və xarici universitetlərdə davam edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi yerli və xarici universitetlərdə davam edir.

Multikulturalizm Mərkəzi ölkə universitetlərində monitorinq keçirdi - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi yerli və xarici universitetlərdə davam edir.


AzNews.az xəbər verir ki, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.

Monitorinqin aparıldığı yerli universitetlərdən biri Gəncə Dövlət Universiteti olub.

Bu univesritetdə monitorinqin aparılması üçün Gəncəyə BBMM-nin baş məsləhətçisi Rəvan Həsənov və Mərkəzin mütəxəssisi Aytən Məmmədova ezam olunub.

Monitorinq zamanı dərsin gedişatı ilə tanış olmaq üçün əməkdaşlar Gəncə Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin mühazirəsində iştirak edib. "Azərbaycan multikulturalizmi" fənnini tədris edən siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədovun mühazirəsini magistratura pilləsinin bütün ixtisaslar üzrə təhsil alan 144 tələbəsi dinləyib. Tələbələr dərsə böyük maraq göstərib, sonra Asim Məmmədov tələbələrin multikulturalizm haqqında verdiyi sualları cavablandırıb.

Dərs başa çatdıqdan sonra BBMM-nin əməkdaşları Asim Məmmədov ilə görüşüb və dərsin gedişatı, aktuallığı və tələbələrin göstərdiyi maraq səviyyəsi ilə tanış olublar.

Sonra Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və universitetin magistratura pilləsinin dekanı Emin Yaqubovla görüş keçirilib. Görüşdə prezident İlham Əliyevin multikulturalizm siyasətinə böyük önəm verdiyi vurğulanıb və "Azərbaycan multikulturalizmi" fənninin önəmindən danışılıb. Rektor Yusif Yusibov qeyd edib ki, bu semestr fənn ancaq magistratura pilləsinin tələbələri üçün tədris edilsə də, gələn semestrdən eyni zamanda bakalavr pilləsi üçün də tədris ediləcək.

Həmin gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev Azərbaycan İqtisad Universitetində monitorinq aparıb. Universitetin politologiya kafedrasının baş müəllimi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Telman Niftaliyev "Multikulturalizm və Azərbaycanın xarici siyasəti" mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistratura pilləsinin 46 tələbəsi iştirak edib.
image description