Gənclərin I İntellektual Bilik Yarışı keçirildi - FOTOLAR

Qusarda gənclərin I İntellektual Bilik Yarışını keçirilib.


AzNews.az xəbər verir ki, yarışı Gənclər üçün Təhsil Mərkəzi təşkil edib. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərmək olub.

Qusar rayon Gənclər və İdman İdarəsində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şimal regional ofisinin rəhbəri İnqilab Fərzəliyev ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar.

Daha sonra komandaların iştirakı ilə yarış başlayıb.

Yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılıb və rayonda fəaliyyət göstərən kurslardan birinə güzəşt əldə ediblər.
image description image description