Xəzər Televiziyasının əməkdaşları “Bakı-2015” loqolu geyimlə işləyəcəklər. Xəzər Televiziyasının əməkdaşları “Bakı-2015” loqolu geyimlə işləyəcəklər.

“Xəzər TV“ əməkdaşları “Bakı-2015” formasında - FOTO

Xəzər Televiziyasının əməkdaşları “Bakı-2015” loqolu geyimlə işləyəcəklər.


Telekanalın Xəbərlər Departamentinin əməkdaşları bu gündən çəkilişlərdə üzərində "Bakı – 2015" I Avropa Oyunlarının loqosu olan xüsusi geyimlərlə iştirak edəcək.

"Xəzər TV"-nin sözçüsü Aqşin Kamalın sözlərinə görə artıq əməkdaşlar loqolu geyimlərlə təmin olunublar. "Bu addım Azərbaycanda baş tutacaq tarixi hadisənin təbliğatına televiziya olaraq dəstək məqsədi daşıyır. Əməkdaşlarımız həm ətrafdakıların, həm də müsahiblərinin diqqətini bir daha bu oyunlara cəlb etmək istəyir. "Xəzər TV" - nin jurnalistləri bütün tədbirlərdə, çəkilişlərdə bu uniformalarla fəaliyyət göstərəcək" deyə kanaldan bildirilib.