Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətinin sədrinin televiziya üzrə müavini vəzifəsindən çıxarılan jurnalist Faiq Hüsiyev bu olaya münasibət bildirib. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətinin sədrinin televiziya üzrə müavini vəzifəsindən çıxarılan jurnalist Faiq Hüsiyev bu olaya münasibət bildirib.

AzTV-dən çıxarılan digər müavin də danışdı: “Gözlənilən xəbər idi”

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətinin sədrinin televiziya üzrə müavini vəzifəsindən çıxarılan jurnalist Faiq Hüsiyev bu olaya münasibət bildirib.


O, AZNEWS.AZ-a deyib ki, işdən çıxarılmağı haqda xəbəri dostlarının birindən öyrənib.

Faiq Hüsiyev etiraf edib ki, işdən çıxarılmağı haqda xəbər prinsip etibarı ilə gözlənilən idi: "Onsuz da gözlənilməyən heç nə olmur. Düşünürəm ki, çıxarılmağım üçün təəssüflənməyə dəyməz, çünki həyatımda düzəlməyən şey həmişə mənə xeyir gətirib".

AzTV sədrinin keçmiş müavini hələ heç bir yerdən təklif almadığını vurğulayıb: "Hansı şirkətdə çalışacağımla bağlı planım yoxdur. Ən böyük planım isə gedib ailəmin üzünü normal şəkildə görməkdir. Onların üzünü indiyədək normal şəkildə görməmişəm. Oğlumun 4 yaşı var, onunla az vaxt keçirmişəm. İndisə vaxtımı ona ayıracağam".

Jurnalist onun yerinə təyin edilən Rəşad Nəsirov haqda xoş sözlər deyib: "O, bizim kadrdır, çox istedadlıdır. Onun irəli çəkilməsində mənim böyük rolum olub".

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə AzTV sədrinin radio üzrə müavini Cavanşir Cahangirov da işdən azad edilib.

AzTV, "Mədəniyyət" və "İdman Azərbaycan" televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev Arif Alışanovun radio məsələləri, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavinləri olub.