Qeyri-adi landşaftı olan Azərbaycan I Avropa Oyunları dövründə Bakıya gələcək avropalıları təəccübləndirə bilər. Qeyri-adi landşaftı olan Azərbaycan I Avropa Oyunları dövründə Bakıya gələcək avropalıları təəccübləndirə bilər.

“Azərbaycan avropalıları təəccübləndirə bilər“

Qeyri-adi landşaftı olan Azərbaycan I Avropa Oyunları dövründə Bakıya gələcək avropalıları təəccübləndirə bilər.


Bunu Trend-ə Almaniyanın "Thuringer Allgemeine" qəzetinin baş redaktoru Pol-Cozef Rau Vyanada keçirilən Avropa Qəzet Konqresi çərçivəsində deyib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycanın gələcəyi, onun xüsusilə də Avropada imicinin formalaşması üçün çox mühümdür: "Ölkədə belə irimiqyaslı idman yarışlarının keçirilməsi iqtisadiyyata, turizmin inkişafına müsbət təsir edir".

P.Rau qeyd edib ki, Almaniyanın xəbər agentlikləri Avropa Oyunlarını işıqlandıracaq.

O, əlavə edib ki, Bakının küçələri Parisi və Nyu Yorku xatırladır: "4 il əvvəl Cənubi Qafqaz üzrə turne çərçivəsində Ermənistanda olan Almaniya nümayəndə heyətinin bu ölkə xoşuna gəlməmişdi. Həmin dövr Gürcüstanda vəziyyət qeyri-sabit idi".

P.Rau bildirib ki, Oyunların Azərbaycanda keçirilməsi ölkəyə iqtisadi və siyasi baxımdan daha böyük dividendlər qazandıracaq.