Azərbaycanın sabiq təhsil naziri, keçmiş deputat, professor Firudin Cəlilovun doğum günüdür. Onun 68 yaşı tamam olur. Azərbaycanın sabiq təhsil naziri, keçmiş deputat, professor Firudin Cəlilovun doğum günüdür. Onun 68 yaşı tamam olur.

“Həyatımda ad günü keçirmək ənənəsi yoxdur” - Firudin Cəlilov

Azərbaycanın sabiq təhsil naziri, keçmiş deputat, professor Firudin Cəlilovun doğum günüdür. Onun 68 yaşı tamam olur.


Firudin Cəlilov ad günü təəssüratlarını AzNews.az-la bölüşüb.

Tanınmış dilçi alim daha çox dostlarından təbrik aldığını deyib: "Dünən axşamdan çoxlu təbriklər gəlir. Sağ olsunlar, ancaq mən heç vaxt ad günümü qeyd etməmişəm. Həyatımda belə bir ənənə yoxdur."

Qeyd edək ki, Firudin Ağasıoğlu Cəlilov 1947-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya, türk dillərinin morfonologiyasına dair tədqiqatların müəllifidir. Ali Sovetin (1991-1995) deputatı olub.

1991-ci ilin dekabrında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası daimi komissiyasının sədri vəzifəsinə seçilib. 1992-ci ildə Milli Məclisində təşkil olunmuş Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına üzv təsdiq olunub.

1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin olunub və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az