Kamal Abdullayev xarici QHT rəhbərləri ilə görüşdü - FOTOLAR

Bu gün Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində xarici ölkə QHT rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.


AzNews.az xəbər verir ki, görüşdə dövlət müşaviri, akademik Kamal Abdullayev qonaqlara Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələri, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən dövlət multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, xarici QHT rəhbərlərini Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa dəvət edib.

Xarici QHT rəhbərləri mayın 3-dən Azərbaycanda olmaları və bu müddət ərzində iştirak etdikləri toplantılarda Azərbaycanı daha yaxından tanıdıqlarını, burada yaşayan çoxsaylı etnik və milli qrupların birgə yaşayışlarına heyran olduqlarını bildiriblər.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəktirilib.

Xatırladaq ki, görüşə qatılanlar 19 xarici ölkənin 30-dək QHT rəhbəri "Mədəni irsi qoruyaq-sülhlə gələcəyi təmin edək" devizi altında "Şuşaya azadlıq" beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısının iştirakçılarıdır.

Kampaniyanın Azərbaycanda təşkilatçısı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatıdır.
image description image description