Rövnəq Abdullayev UEFA-nın prezidenti ilə görüşdü

AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb.



AzNews.az affa.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan görüşdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitab Avropa futbol qurumunun rəhbərinə təqdim olunub.

Tədbirdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Görüş iştirakçıları ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparıb.