“Mən prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”. “Mən prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

“Bu vəziyyətimi bilib mənə Prezident Mükafatı yazdılar” - Əməkdar artist

“Mən prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.


Bunu AzNews.az-a Musiqili Teatrın aktrisası Gülnar Salmanova deyib.

"270 manat məvacibim müalicəmə bəs etmirdi, çünki həkim, tibb bacısı, dava-dərman, hamısı puldur. Həm də yeriyə bilmədiyimdən taksi ilə gedib-gəlirdim. Sağ olsunlar ki, bu vəziyyətimi biləndən sonra mənə Prezident Mükafatı yazdılar. İndi dava-dərman alaram, müalicəmi də davam etdirərəm", - deyə əməkdar artist əlavə edib.

G.Salmanova mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə də təşəkkürünü çatdırıb.

Qeyd edək ki, mayın 6-da Azərbaycan prezidenti İlham Əliyevin incəsənət xadimlərinə Prezident Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Həmin şəxslərin arasında G.Salmanova da var.

Xatırladaq ki, Gülnar Salmanova böyrək xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az