Mayın 12-də Parlament Jurnalistləri Birliyinin (PJB) 4 üzvü Türkiyəyə gedəcək. Mayın 12-də Parlament Jurnalistləri Birliyinin (PJB) 4 üzvü Türkiyəyə gedəcək.

Azərbaycanlı jurnalistlər Çavuşoğlu ilə görüşəcəklər

Mayın 12-də Parlament Jurnalistləri Birliyinin (PJB) 4 üzvü Türkiyəyə gedəcək.



Bu barədə AzNews.az-a Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib. Bildirib ki, səfərin məqsədi Türkiyə-Azərbaycan media əlaqələrinin gücləndirilməsinə təkan verməkdir: "Səfər Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Mehmet Ali Dimin dəvəti ilə gerçəkləşəcək.

PJB üzvləri Elşad Paşasoy, Aqil Aslan, Pərvin Abbasov və Fərəh Sabirqızının iştirak edəcəyi səfər mayın 17-də başa çatacaq.

Səfər müddətində azərbaycanlı jurnalistlər bir sıra mühüm görüşlər keçirəcəklər".

Bundan əlavə, jurnalistlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəklər və ölkənin telekanallarına canlı yayına da çıxacaqlar.