Mikayıl Cabbarov İrəvana gedir?

Ermənistan tərəfi Bolonya sisteminə dair IV Forumla bağlı açıqlama verib.



Azərbaycan tərəfinin İrəvana gəlib-gəlməyəcəyi dəqiq bilinmir.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan açıqlama verib.

O bildirib ki, İrəvanda keçiriləcək Bolonya sisteminə dair IV Forumda Azərbaycan tərəfi iştirak etmək üçün Bakıya göndərilmiş dəvətə hələ heç bir cavab verməyib.

Bolonya sisteminə dair IV Forum Ermənistanda ilk dəfə keçiriləcək. Forumun mayın 14-15-də keçiriləcəyini deyən Aşotyan bildirib ki, forumda 147 ölkədən nümayəndələr və çoxsaylı beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunub.

Ermənistanın elm və təhsil naziri bildirib ki, ölkəsi Azərbaycan və Türkiyəyə forumda iştirak etmək üçün dəvət göndərib. Türkiyə tərəfi Forumda nazir səviyyəsində təmsil olunacaq.