Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb. Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.

“Heydər zirvəsi”nə kütləvi yürüş başa çatdı - FOTOLAR

Ümummilli Lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüş uğurla başa çatıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, 01 may 2015-ci il tarixindən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə "Heydər zirvəsi"nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib.

Artıq xalqın ziyarətgahına çevrilmiş "Heydər zirvəsi"nə 01-11 may 2015-ci il tarixlərində Azərbaycanın bütün bölgələrindən ümumilikdə 600-dən artıq ziyarətçi qalxaraq dövlətimizin və ölkəmizin qurucusuna olan səmimi sevgisini, ehtiramını bu möhtəşəm yürüşə qoşulmaqla ifadə edib.

Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb.
image description image description image description image description image description image description image description image description image description image description