Hadisə yerində təqribən 40 yanğın briqadası işləyir, yanğının söndürülməsnə iki helikopter cəlb edilib. Hadisə yerində təqribən 40 yanğın briqadası işləyir, yanğının söndürülməsnə iki helikopter cəlb edilib.

Nazir müavini: "Yanan binada insan qalmayıb, hamı təxliyə olunub"

Hadisə yerində təqribən 40 yanğın briqadası işləyir, yanğının söndürülməsnə iki helikopter cəlb edilib.


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakıda 16 mərtəbəli binada baş vermiş güclü yanğınla əlaqədar deyib.

Onun sözlərinə görə, hazırda binanın daxilində insan qalmayıb, hamı təxliyə olunub: "Yanğının belə gec söndürülməsinin - təqribən 4 saat - səbəbi yolda tıxacın olması olub, buna görə də yanğın briqadaları hadisə yerinə vaxtında çata bilməyiblər".

Nazir müavini bildirib ki, ekspertlər binaya dəymiş ziyanı qiymətləndirəcəklər: "Yanğının səbəbi araşdırılır. Binada qaz olmayıb, lakin yanğın zamanı qaz balonları bir neçə dəfə partlayıb".

E.Mirzəyev deyib ki, xəsarət alanlardan 25 nəfəri FHN əməkdaşları tərəfindən təxliyə olunub: "Bütün mənzillərin qapıları açılaraq yoxlanlılıb. Mənzillərində qalıb kömək gözləyənlərin 80 faizi sağ qalıb, bloka çıxanlar isə tüstüdən boğulublar".

Qeyd edək ki, yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdir.