Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini postuna təyinat olub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini postuna təyinat olub.

Nazir yeni rəis müavini təyin etdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini postuna təyinat olub.



DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzVision.az-a bildirib ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun imzaladığı müvafiq əmrlə Balarəhim Mirzəağa oğlu Quliyev rəis müavini vəzifəsinə təyin edilib.

Y. Xanvəlinin sözlərinə görə, B. Quliyev artıq işinin icrasına başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Emin Şahbazov DBNX-nin rəis müavini vəzifəsindən öz ərizəsi ilə təqaüdə çıxıb.