Gəncə aeroportunda yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyərkən saxlanılan “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmlinin 150 milyardlıq “Xəzər Adaları” layihəsində tikinti işləri tamamilə dayandırılıb. Gəncə aeroportunda yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyərkən saxlanılan “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmlinin 150 milyardlıq “Xəzər Adaları” layihəsində tikinti işləri tamamilə dayandırılıb.

Hacı İbrahimin “Xəzər Adaları”nda iş dayandırıldı – Onun həbsi gözlənilir

Gəncə aeroportunda yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyərkən saxlanılan “Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmlinin 150 milyardlıq “Xəzər Adaları” layihəsində tikinti işləri tamamilə dayandırılıb.


Bu haqda məlumatı AzNews.az-a adı çəkilən layihədə çalışanlar deyib. Onların sözlərinə görə, hazırda ərazidə tam sakitlikdir, 2-3 nəfərdən savayı heç kəs gözə dəymir. Onların sözlərinə görə, Hacı İbrahimin tutulub-tutumaması barədə dəqiq məlumatları yoxdur: "Onun tutulması haqda xəbər burda da dolaşır, ancaq bu haqda heç kəsdə dəqiq informasiya yoxdur. Yenə də gözləyək, yəqin Hacı İbrahimin yaxınları bizə müfəssəl informasiya verəcək. Ancaq belə böyük bir layihənin dayandırılması heç də yaxşı olmazdı, çünki ərazidə xeyli iş görülüb. Məqsəd Azərbaycanda yeni bir meqapolisin yaradılmasıdır".

Qeyd edək ki, Gəncədə saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilən Hacı İbrahim Nehrəmli barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir.