Polis əməkdaşı Bakıda güclü yanğın baş vermiş 16 mərtəbəli binadan 4 nəfəri xilas edib. Polis əməkdaşı Bakıda güclü yanğın baş vermiş 16 mərtəbəli binadan 4 nəfəri xilas edib.

Yanğında 4 nəfəri xilas edən polis zəhərlənib - FOTO

Polis əməkdaşı Bakıda güclü yanğın baş vermiş 16 mərtəbəli binadan 4 nəfəri xilas edib.


AzNews.az Trend-ə istinadən xəbər verir ki, mayın 19-da Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın zamanı Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı Qocayev Şahin Alı oğlu vəzifəsinin icrası zamanı şücaət göstərərək 3 nəfəri xilas edib.


Çevik Polis Alayının əməkdaşı Şahin Alı oğlu Qocayev

Polis 4-cü sakini də Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi Ülvi Sadıqovu binanın 7-ci mərtəbəsindən götürüb, alovun, tüstünün içərisindən çıxardaraq pilləkənlərlə endirib. Lakin hər ikisi tüstüdən zəhərləndiyindən, binanın blokunda huşunu itiriblər.

Polis əməkdaşı Şahin Qocayev və tələbə Ülvi Sadıqov 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ş.Qocayev yalnız xəstəxanada özünə gəlib. Ayılarkən isə ilk soruşduğu şey xilas etdiyi gəncin aqibəti olub.




Tələbə Ülvi Sadıqov

Hazırda onların hər ikisi ciddi həkim nəzarətindədir.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.