“Hazırda sakinlərə dəyən zərərin ödənilməsi istiqamətində işlər gedir”. “Hazırda sakinlərə dəyən zərərin ödənilməsi istiqamətində işlər gedir”.

“Yanan binanın sakinlərinə ödəniləcək məbləğ müəyyən edilir”

“Hazırda sakinlərə dəyən zərərin ödənilməsi istiqamətində işlər gedir”.


Bu barədə AzNews.az-a Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sakinlərə dəymiş zərərin ödənilməsi üçün onlarla görüşlər keçirilir: "Binəqədi rayonunda 5 saylı polis idarəsində qərargah yaradılıb. 24 saat ərzində fəaliyyət göstərir. Bina sakinləri müraciət edirlər və onlara müvafiq yardımlar edilir. Eyni zamanda sakinlərin hamısı avtobuslarla təmin olunublar. Alternativ evi olanlara oraya köçmək üçün yardım edilir, ev problemi olanlar isə sığınacaqla təmin edilirlər".

N.Allahyarova bildirib ki, sakinlərə dəymiş zərər tam ödənilənə kimi onlar dövlət nəzarətində olacaqlar.